AZ

UEFA Gənclər Liqası: "Qarabağ" - "Napoli" oyunu çexiyalı hakimə tapşırıldı

BAKI, 24 noyabr. TELEQRAF

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İtaliyada "Napoli"yə qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Dominik Starı idarə edəcək.

Ona Lukaş Slavitsek və Jozef Suma kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Luka Massimi yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 25-də, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Seçilən
43
9
teleqraf.com

10Mənbələr