Pakistanın Peşəvər şəhərində (Xeybər Paxtunxva əyaləti) polis qərargahına hücum etməyə cəhd edən iki terrorçu məhv edilib. Bu barədə "Dawn" qəzeti məlumat verib.
Bildirildiyinə görə, hücum edənlər binaya girməyə cəhd edərkən saxlanılıb. Bir silahlı özünü darvazanın qarşısında partladıb.
Hadisə nəticəsində altı mülki şəxs yaralanıb. Təhlükəsizlik mənbələrinə görə, üç polis əməkdaşı həlak olub, iki nəfər yaralanıb.
Pakistan Prezidenti Asif Əli Zərdari hücumu qətiyyətlə pisləyib və qurbanların ailələrinə başsağlığı verib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”