AZ

Kolumbiyalı Luis Suares uruqvaylı adaşının rekordunu təkrarlayıb

Kolumbiya millisinin futbolçusu Luis Suares Cənubi Amerika zonası üzrə dünya çempionatının seçmə mərhələsində tarixi nəticəyə imza atıb.

"Unikal" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, 24 yaşlı hücumçu komandasının Venesuelaya 6:3 hesabı ilə qalib gəldiyi matçda 4 qol vuraraq son 14 ildə Cənubi Amerika seçmələrində “poker” edən ilk futbolçu olub. Daha əvvəl bu nailiyyəti Uruqvay yığmasının üzvü Luis Suares 2011-ci ildə Çili ilə matçda göstərmişdi.

Maraqlı məqam odur ki, kolumbiyalı Luis Suares bu oyunadək milli komanda forması ilə fərqlənməmişdi. Hazırda o, Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyunları tarixində “poker” edən 6-cı futbolçudur. Turnirin rekordçusu isə 1997-ci ildə Venesuela ilə görüşdə 5 qol vuran çilili İvan Samoranodur.

Seçilən
40
3
unikal.az

4Mənbələr