AZ

Çexiyada Ukrayna üçün dron qalmaqalı: şirkət Çin istehsalı cihazları 20 dəfə baha satıb

Çexiyada geniş rezonans doğuran qalmaqal üzə çıxıb. Radiojurnalın araşdırmasına görə, Reactive Drone adlı şirkət Ukrayna ordusu üçün nəzərdə tutulan dron alışlarında ciddi sui-istifadələrə yol verib və adi Çin istehsalı cihazları həddən artıq şişirdilmiş qiymətlərlə satıb.

Musavat.com xəbər verir ki, firma bazar dəyəri çox aşağı olan sıravi Çin dronlarını ucuz qiymətə alıb, lakin Ukrayna ordusuna onları 20 dəfə baha qiymətə satıb.

İki il ərzində Reactive Drone cəmi 36 milyon kron dəyərində avadanlıq almasına baxmayaraq, həmin məhsulları Ukraynaya 692 milyon krona satıb.

Araşdırma göstərir ki, əldə edilən böyük gəlirin əhəmiyyətli hissəsi yenidən Çin təchizatçılarına geri axıdılıb. Sxem uzun müddət “Ukraynaya yardım” adı altında fəaliyyət göstərib və dövlət qurumlarının diqqətindən kənarda qalıb.

Hazırda Çexiya hüquq-mühafizə orqanları sözügedən prosesin necə baş verdiyini, buna kimin icazə verdiyini və qalmaqalın arxasında kimlərin dayandığını araşdırır.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr