Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Livanlı Karolin Çaptini, 450 mindən çox yaşıl plastik butulkadan hazırladığı 10 metrlik sərv ağacı ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Sherg.az xəbər verir ki, Livanın milli rəmzi olan sərv ağacını təmsil edən bu plastik layihə ölkənin şimalındakı Emyun Bələdiyyəsinin Livanın 82-ci müstəqillik günü münasibətilə təşkil etdiyi tədbirdə təqdim olunub və rəsmi sertifikatla təsdiqlənib.
Rekordçu sərv ağacının hazırlanmasında 450 mindən çox yaşıl plastik butulkadan istifadə edilib.
10 metr hündürlüyə malik plastik ağac Ginnes Rekordlar Kitabına düşməklə yanaşı, Livanın 10 min 452 kvadratkilometrlik ərazisini də simvolizə edir.
Tədbirdə Ginnes rekord sertifikatını alan Çaptini deyib:
“Bundan əvvəl Ginnesdə 5 rekordum vardı. Bu layihə ilə 6-cı rekordumu əldə etmiş oldum.”
Çaptini, layihələrində ətraf mühit mövzularına üstünlük verdiyini, aylarla davam edən bu işə 6 mindən çox tələbənin dəstək verdiyini bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.