AZ

Məşhur musiqiçi vəfat edib

Ajans.az Aftonbladet qəzetinə istinadən xəbər verir ki, xəbəri sənətçinin oğlu Mattias Klinqə istinadən yayıb. Yan Klinq qrupla işbirliyi zamanı saksafon və fleyta ifa edir, “Super Trouper” və “The Visitors” albomlarına mühüm töhfələr verirdi. O, həmçinin ABBA-nın məşhur “Fernando” hitinin unudulmaz fleyta girişinin müəllifidir.

Mattias Klinqin sözlərinə görə, atası “bir çox layihələrdə iştirak edən, amma həmişə kölgədə qalan gizli bir xəzinə” olub:
“Yeniyetməlik illərində Çarli Parkerin bütün sololarını əzbər bilirdi. O, müstəsna istedada malik idi və musiqiyə böyük həvəsi var idi.”

Seçilən
37
Ajans.az

1Mənbələr