AZ

“Ümid” yatağı: Azərbaycanın enerji xəritəsini dəyişən kəşf

Bakı. Trend:

Azərbaycan bu gün həm regionda, həm də qlobal enerjibazarlarında mühüm oyunçulardan biri kimi çıxış edir. Ölkəninzəngin qaz ehtiyatları daxili bazarın “mavi yanacaq”a olantələbatını tam təmin etməklə yanaşı, Avropanın enerjitəhlükəsizliyinə də ciddi şəkildə töhfə verir. Xəzər dənizinin qazpotensialının indiki qiymətləndirilməsi Azərbaycanın uzunmüddətlienerji strategiyasını daha da gücləndirir.

Bu gün Azərbaycan daxili istehlakın 100 faizini öz hasilatıhesabına ödəyir. Eyni zamanda bir sıra Avropa ölkələri üçünetibarlı qaz təchizatçısına çevrilib. Hazırda Azərbaycanın təsdiqolunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr olaraqqiymətləndirilir.

Bu gün ölkəmizin əsas qaz yataqlarından biri “Ümid”qaz-kondensat yatağının kəşfinin 15 ili tamam olur. “Ümid” yatağıkimi strukturlar sübut edir ki, Xəzər sektorunun dərin və mürəkkəbgeoloji zonalarında hələ də böyük qaz potensialı mövcuddur. Bu damütəxəssislərin ehtiyatların 2,6 trilyon kubmetrdən daha yüksəkolduğunu vurğulamasını əsaslandırır.

“Ümid” yatağı SOCAR-ın tamamilə öz imkanları ilə həyatakeçirdiyi ilk böyük kəşf layihəsidir. Bu, milli kadr potensialınıngücləndiyini və Azərbaycanın artıq öz enerji resurslarını özüaraşdırıb istismar edə bilən ölkəyə çevrildiyini göstərir. “Ümid”yatağı Azərbaycan qazı üçün yeni dayanıqlı mənbədir. Gələcəkillərdə bu yataqdan hasilatın artması Cənub Qaz Dəhlizinin dahayüksək həcmdə qazla təmin edilməsinə şərait yarada bilər.

Bildirək ki, bir neçə il bundan əvvəl “Ümid” yatağınıntammiqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxilolduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni sazişimzalanıb. Sazişə əsasən, “Umid Babek Operating Company” əməliyyatşirkəti yaradılıb.

Azərbaycanın qaz siyasətinin əsasında üç əsas prinsip dayanır.Bunlar etibarlılıq, şaxələndirmə, dayanıqlı hasilatdır. “Ümid”yatağının işlənməsi bu prinsiplərin hər birinə uyğun gəlir. Yeniyataqların inkişafı Azərbaycanın enerji diplomatiyasına əlavə gücverir və ölkəni regionda enerji mərkəzinə çevirir.

Bir sözlə bu yatağın əhəmiyyəti sadəcə yeni bir qaz mənbəyinintapılması ilə məhdudlaşmır. Bu yataq Azərbaycanın müstəqillik dövrüenerji tarixində dönüş nöqtəsidir.

Qeyd edək ki, yataqdan 01.11.2025-ci il tarixinədək hasilattəqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensattəşkil edib. Yataqdan sutkada orta hesabla hasilat 7 milyonkubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr