BAKI, 24 noyabr. TELEQRAF
"Qarabağ"la oyuna ötən gündən hazırlaşmağa başlamışıq. Bizi çətin rəqiblə çətin oyun gözləyir".
Teleqraf xəbər verir ki, bunu İtaliyanın "Napoli" klubunun futbolçusu Alessandro Buoncorno UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"la keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
26 yaşlı müdafiəçi azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu bildirib: "Öz meydanımızda oynamağımız bizi sevindirir. Bu bizə qələbə qazanmağa kömək edə bilər. Burada oynamaq digər komandalar üçün həmişə çətin olub. "Qarabağ" üzərində qələbə qazanaraq bunu Dieqo Armando Maradonaya həsr etmək əla olardı".