AZ

“Revolut”un qiyməti rekord $75 milyarda çatıb

“Revolut” fintex-startapının bazar dəyəri rekord 75 milyard dollara çatıb. 2025-ci ilin sentyabrında başlayan maliyyə raunduna “Coatue”, “Greenoaks”, “Dragoneer” və “Fidelity Management & Research Company” rəhbərlik edib. Şirkətin əməkdaşları səhmlərini biri 1381,06 dollar dəyərində satıblar. Satılmış kağızların həcmi açıqlanmır.

Əməliyyat “Revolut”un “Avropanın ən bahalı startapı” statusunu təsdiqləyib, nəşr qeyd edir. Xatırladaq ki, 2024-cü ilin avqustunda investorlar “Revolut”u 45 milyard dollar dəyərində qiymətləndirmişdilər.

Əməliyyat “Revolut”un “dayanıqlı inkişafını” əks etdirir və Avropada “qlobal texnologiya lideri” yaratmağın mümkün olduğunu sübut edir, fintex-startapın həmtəsisçisi Nikolay Storonski bildirib.

O həmçinin qeyd edib ki, şirkət 100 milyon istifadəçiyə çatmağı hədəfləyir — hazırda onların sayı təxminən 65 milyondur. Bundan əlavə, “Revolut” 2026-cı ildə Hindistan və Meksika daxil olmaqla 30 yeni ölkəyə çıxmağı planlaşdırır.

Seçilən
3
banker.az

1Mənbələr