AZ

Alimlər sümükləri möhkəmləndirən təbii vasitə tapıblar

Bakı. Trend:

Giləmeyvələrdən alınan polifenollar sümük möhkəmliyinidəstəkləyə bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir nəticəyə İtaliyanın Milan vəPavia Universitetlərinin alimləri gəliblər.

Araşdırmanın nəticələri “Nutrients” elmi jurnalında çapolunub.

Araşdırmaya əsasən, müntəzəm olaraq antosianlar (giləmeyvələrinəsas polifenolları) qəbul edən orqanizm sümük mineral sıxlığının(BMD) daha yüksək olması müşahidə olunur. Qaragilə və qaraqarağatla aparılan kiçik klinik sınaqlar da BMD-də və sümükmübadiləsinin ayrı-ayrı markerlərində orta dərəcəli yaxşılaşmalarüzə çıxıb.

Eksperimentlərdə giləmeyvə ekstraktları osteoklastların (sümüyüparçalamağa cavabdeh olan hüceyrələrin) aktivliyini azaltdığı,osteoblastların fəaliyyətini gücləndirdiyi və sümük toxumasınıiltihabi və oksidativ stressdən qoruduğu müəyyən edilib.

Seçilən
78
az.trend.az

1Mənbələr