AZ

Bu gündən xanım sürücülər “BakuBus”da

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq üçün xüsusi təlim proqramı həyata keçirib.

XəzərNews.az xəbər verir ki, proqramda iştirak edən xanım namizədlər avtobus sürücüsü kimi fəaliyyətə başlamaq üçün nəzəri və praktiki hazırlıq keçiblər.

Təlimlərdə sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzuları öyrədilib. Namizədlər müxtəlif yol şəraitində idarəetmə, parketmə və qəza risklərinin azaldılması üzrə praktiki məşğələlərdə iştirak ediblər.

Müraciət edən xanımlar “BakuBus” MMC tərəfindən tibbi, psixoloji və təhlükəsizlik üzrə yoxlamalardan keçərək işə qəbul olunublar. Onlar üçün əlavə olaraq “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib.

Xanım sürücülər noyabrın 24-dən etibarən paytaxt marşrutlarında rəsmi fəaliyyətə başlayacaqlar. İlk günlərdə onlara təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstəriləcək.

Xəbər 4 dəfə oxunub.
Seçilən
318
24
xezernews.az

10Mənbələr