AZ

Mədəniyyət Nazirliyindən narazı qalanların kütləvi müraciəti yayıldı BAŞIMIZA GƏLƏCƏK HƏR HANSI BİR HADİSƏYƏ GÖRƏ...

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər bir qrup sənət adamı ilə Mədəniyyət Nazirliyi və bu qurumun  şöbə müdiri Mənzər Nurəliyeva  arasında başlanan konfilikt davam edir.

Bu ittihamlara cavab olaraq Mədəniyyət Nazirliyi həmin şəxsləri qərəzdə və böhtanda ittiham edir.

Bu arada isə nazirliyi ictimai tənqid hədəfinə gətirən müğənni Nura Suru və bir qrup sənət adamı kütləvi müraciət yayıb.

Gununsesi.info həmin müraciəti təqdim edir:

Biz, aşağıda adları qeyd olunan sənət adamları məlumat veririk ki, Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı hadisəyə – neqativ hal və ya  zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.

Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimiz üçün  də narahatlıq yaranmışdır. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”.

Bəyanatı Almaxanım Əhmədli, Təranə Mahmudova, Şəhriyar Musayev

və Nura (Aynurə) Suri imzalayıb.

Günay Mahirqızı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr