AZ

Boksçularımız qələbə ilə başladı

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatına start verilib."Football-plus.az" xəbər verir ki, millimizin 2 idmançısı ilk gündə qələbə qazanıb.Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.Əli 1/8 final döyüşünə sabah, Nicat noyabrın 25-də çıxacaq.Avropa çempionatın noyabrın 29-da yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
21
icma.az

10Mənbələr