ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Ötən həftə Nigeriya Katolik məktəbindən qaçırılan 300-dən çox şagirddən əllisi qaçaraq valideynləri ilə yenidən görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Nigeriya Katolik Kilsəsi və Xristian Assosiasiyasından (CAN) verilən məlumatda bildirilib.
Lakin, məktəbin sahibi olan katolik yepiskopu və CAN sədri Bulus Yohannanın sözlərinə görə, qaçırılan təxminən 253 uşaq, 12 işçi və müəllim hələ də onları əsir götürənlərin nəzarəti altında saxlanılır.
Yohanna verdiyi açıqlamada şagirdlərin 22 və 23 noyabr cümə və şənbə günləri qaçdığını bildirib. Valideynlər bəzi uşaqların yenidən azadlıqda olduğunu öyrəndikdən sonra paytaxt Abujanın qərbindəki Niger əyalətindəki məktəbə gəliblb, övladları ilə görüşüblər.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.