“Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır”.
Azərbaycan Prezidenti qeyd edib ki, beş il əvvəl qazandığımız Qarabağ zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir:
“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq”.