AZ

Pakistanda zastavaya hücum edən terrorçular öldürülüb

Pakistanda

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvər şəhərindəki jandarma məntəqəsinə hücum edilib.

Reyting.az
Pakistanın “Dawn” qəzetinə istinadla bildirir ki, Xayber Paxtunxva əyalətində jandarma məntəqəsinə hücum edən terrorçular zərərsizləşdirilib.

Hakimiyyət orqanları bildirib ki, məntəqəyə hücum edən üç terrorçudan biri qapıda özünü partladıb, digər iki terrorçu isə binaya girməyə çalışarkən jandarma əməkdaşları tərəfindən öldürülüb.

Təhlükəsizlik mənbələrinə görə, hücumda üç jandarma əməkdaşı öldürülüb, ikisi yaralanıb. Hücum zamanı yaralanan altı mülki şəxs tibbi qruplar tərəfindən xəstəxanaya aparılıb.

Prezident Asif Əli Zərdari Peşəvərdəki hücumu pisləyib, hücumda həlak olanların ailələrinə başsağlığı verib.

V. QULİYEV
Seçilən
26
1
reyting.az

2Mənbələr