Ukrayna qoşunları ilə birlikdə vuruşan Qərb muzdlu əsgərləri döyüş təcrübəsi ilə Vətənə qayıdacaqlar.
Herbiand.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik aif.ru-ya verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, bu, həmin şəxslərin ölkələrində terrorizmin artmasına səbəb ola bilər. Səfir xəbərdarlıq edib ki, hazırda bu cür hadisələr az qiymətləndirilir: “Bir çox ölkələr nəinki vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrinə qoşulmasının qarşısını almır, həm də onların münaqişədə iştirakına faktiki olaraq göz yumurlar. Onlar evlərinə döyüş təlimini aparırlar. Bundan sonra siz partlayışlar, terrorizm və hansısa radikal fəaliyyətin artması ilə qarşılaşacaqsınız. Lakin bəzi hallarda Avropa dövlətlərinin hərəkətləri izaholunmazdır”.
Bəxtiyar CƏFƏRLİ