Bakı. Trend:
Prezident İlham Əliyevin Milli Məclisdə prezident seçkilərindənsonra inaqurasiya mərasimində qeyd etdiyi kimi, türk dünyası bizimailəmizdir.
Trend xəbərverir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinqeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışmərasimində çıxışı zamanı deyib.
H.Hacıyevin sözlərinə görə, bu gün biz əminliklə deyə bilərikki, Türk dünyası həqiqətən də bizim ailəmizdir:
“Bunu Türk dünyasından olan qeyri-hökumət təşkilatları vəvətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bir daha sübutedir. Bu ailə güclənir, bu ailə möhkəmlənir və həmrəyliyimizgünü-gündən artır.
O xatırladıb ki, türk dövlətlərinin rəsmi qurumları arasındamüxtəlif sahələr üzrə – 34 istiqamətdə – əməkdaşlıq formatlarımövcuddur.
“Lakin bu günədək qeyri-hökumət təşkilatlarını bir araya gətirənxüsusi bir format olmayıb. Məhz bu səbəbdən, bu gün böyük sevinchissi ilə qeyd edə bilərik: İnsanlararası əlaqələrin vacib həlqəsivə hərəkətverici qüvvəsi olan qeyri-hökumət və vətəndaş cəmiyyətiinstitutları ilk dəfə olaraq bir araya gəlib və bu yeni əməkdaşlıqformatının təməlini qoyublar”.