Bakı. Trend:
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədərtəhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələrmüəyyənləşib. Belə ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsimüsabiqənin qalibi olub.
Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris iliüçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyənuşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onlarıntəhsil haqlarının bir hissəsinin qrant hesabınamaliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəlməktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər biruşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantıhesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindənqarşılanması nəzərdə tutulub.
Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrəqeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyatakeçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarınıqeydiyyatdan keçirmələri tövsiyə olunur.