Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə balans kapitalı 25 milyon manatdan çox olub.
Aparılan araşdırmaya görə, bunlar, “Birkredit” (87,2 milyon manat), “Azpul” (65,8 milyon manat), “SF Azerbaijan” (35,6 milyon manat), “M Bulak” (29,1 milyon manat) və “Embafinans”dır (25,8 milyon manat).
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
4 BOKT-un balans kapitalı 10-25 milyon manat arasında, 32 BOKT-un balans kapitalı 1-10 milyon manat arasında, 9 BOKT-un balans kapitalı isə 0-1 milyon manat arasında olub, 1 BOKT – “Para”nın balans kapitalında 19,1 milyon manat çatışmazlıq yaranıb.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 42-nin son 1 ildə balans kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (40,1 dəfə), ən aşağı dinamika isə “Finca Azerbaijan”da (1,3%) qeydə alınıb.
7 BOKT-un isə son 1 ildə balans kapitalı azalıb. Ən çox azalma İDK-da (36,4%), ən az azalma isə “Kredit Servis”də (0,5%) qeydə alınıb.
İl ərzində “Para”nın balans kapitalındakı çatışmazlıq 6,7% artıb, “SF Azerbaijan”ın isə balans kapitalı mənfidən müsbətə keçdiyi üçün onun kapitalının dinamikasını hesablamaq mümkün olmayıb.
İş elanları AzVak.az-da
© Yurd.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.