AZ

Ekspert: Türkiyə Azərbaycanla qurduğu münasibətləri başqa heç bir ölkə ilə qurmayıb

İkitərəfli münasibətlər kontekstində Türkiyə Azərbaycanla qurduğu münasibətləri başqa heç bir ölkə ilə qurmayıb.

APA xəbər verir ki, bunu Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin birinci Forumunda çıxış edən türkiyəli ekspert, SETA proqram direktoru Muhittin Ataman deyib.

Türkiyə daim özünə dəstək olacaq xarici siyasət alətlərini çeşidləməyə diqqət göstərib. Xarici siyasət anlayışında bizi maraqlandıran əsas məqamlardan biri regional əməkdaşlıqdır. Türkiyə regionda uyğunlaşdırıcı, təşəbbüs göstərə bilən və mümkün olduqda bəzi məsələlərin həllinə rəhbərlik etməyə çalışan, təşəbbüskar bir dövlət olmağa çalışıb. Bunun əsas halqası qonşularla münasibətlərin inkişaf etdirilməsidir. Bu mənada, Türkiyə prinsip etibarilə ən çox problem yaşadığı Yunanıstan və Ermənistan da daxil olmaqla, heç bir qonşusunu ayrı-seçkiliyə məruz qoymaq istəmir. Türkiyə təkidlə Türk dövlətləri ilə münasibətlərini inkişaf etdirməyə və bunu çoxşaxəli şəkildə həyata keçirməyə çalışır. Bu baxımdan, xüsusilə, Qarabağ zəfərindən sonra Türkiyə–Azərbaycan münasibətlərinin gəldiyi nöqtə müəyyən mənada nümunə təşkil edir.

Seçilən
79
apa.az

1Mənbələr