AZ

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasındaticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları təşkiledib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 799,2 milyon ABŞ dolları və ya 26,5% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 9,34%-i həcmində olub. Bununla da sözügedənölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədəqərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə 79,6milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfəçoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 3,7 milyard ABŞ dollarıdəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilineyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5% artımdeməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çoxməhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Seçilən
18
13
az.trend.az

10Mənbələr