İndoneziya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 235 min nəfərin yaşadığı Kediri şəhərindən 142 km cənubda, ocağı 66 km dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.