BAKI, 24 noyabr. TELEQRAF
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi yeni uğura imza atıb.
Teleqraf xəbər verir ki, argentinalı hücumçu karyerasında 404-cü məhsuldar ötürməsini edərək əfsanəvi Ferens Puşkaşa çatıb.
O, buna MLS-nin pley-off mərhələsində “Çinçinatti”ni 4:0 hesabı ilə məğlub etdikləri oyunda üç qolun ötürməsini verərək nail olub.
Qeyd edək ki, “İnter Mayami” MLS-nin yarımfinal mərhələsində “Nyu-York Siti” komandasına ilə qarşılaşacaq.