AZ

Ronaldo akrobatik zərbə ilə möhtəşəm qol vurdu Video

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kristiano Ronaldo növbəti dəfə baxımlı qola imza atıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 40 yaşlı portuqaliyalı hücumçu ölkə çempionatının IX turunun "Əl-Xəlic"lə matçının 90+6-cı dəqiqəsində akrobatik zərbə ilə topu qapıya göndərib.

Görüş "Əl-Nəsr"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Ronaldo cari mövsüm ərzində Səudiyyə Ərəbistanı Pro Liqasında iştirak etdiyi 9 oyunda 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Əl-Nəsr" hazırda 27 xalla turnir cədvəlinin vahid lideridir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
axar.az

2Mənbələr