Kardioloq, tibb üzrə fəlsəfə doktoru Yevgeni Kokin ürək və damar sağlamlığını qorumaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyələr verib.
Redaktor.az xəbər verir ki, o, bu barədə aif.ru-ya danışıb.
Həkimin sözlərinə görə, ilk növbədə siqareti tərgitmək və passiv siqaret tüstüsündən uzaq durmaq vacibdir. Nikotin damarların spazmına, endotel qatının zədələnməsinə və aterosklerozun sürətlə inkişafına səbəb olur. “Siqaret çəkənlərdə infarkt riski üç dəfə yüksəkdir. Sübut olunub ki, tərgidildikdən cəmi bir il sonra ürək-damar xəstəlikləri riski yarıbayarı azalır”, - deyə Kokin vurğulayıb.
Mütəxəssis həmçinin qeyd edib ki, damar xəstəliklərinin qarşısını almaq üçün qan damarlarını zədələyən əsas göstəricilərə - xolesterin, qlükoza və insulin səviyyəsinə nəzarət etmək lazımdır. O bildirib ki, məsələn, şəkərli diabet həm iri, həm də kiçik damarları zədələyərək ciddi fəsadlara gətirib çıxarır.
Aytəkin TOFİQQIZI