Portuqaliya millisinin və PSJ-nin yarımmüdafiəçisi Vitinya karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Publika.az xəbər veirr ki, “Fichajes”in məlumatına görə, yarımmüdafiəçinin transferində “Real” maraqlıdır. “Kral klubu” rəhbərliyi oyunçu üçün təxminən 150 milyon avro təklif etməyə hazırdır.
Xatırladaq ki, portuqaliyalı 2025-ci ilin “Qızıl Top” səsverməsində üçüncü olub. Vitinyanın PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Onun bazar qiyməti 90 milyon avro təşkil edir.