AZ

“İlk ifam “Cənab leytenant olacaq” - 15 yaşlı Gülnar

BAKI, 24 noyabr. TELEQRAF

"Kəndimizdə gitaramla ilk olaraq "Cənab leytenantı" ifa edəcəm".

Teleqraf xəbər verir ki, bunu Məmmədbəyli kəndinə qayıdan 15 yaşlı Gülnar Süleymanlı deyib.

Onun sözlərinə görə, Zəngilanın, öz kəndlərinin təbiətini, havasını həmişə böyüklərindən dinləyib və nə vaxtsa o torpaqlara ayaq basacağına inanıb.

"Böyüklərimiz elə gözəl təsvir edirdilər ki, bəlkə də ona görə kəndimizə belə çox marağım var. Bilirəm ki, orda hər şey gözəl olacaq". Ailəsi ilə birgə yurda geri qayıdan Gülnar ora öz gitarasını və quşlarını aparır.

Seçilən
52
1
teleqraf.com

2Mənbələr