AZ

Gürcüstanda yol tikintisi zamanı torpaq sürüşməsi olub, dörd nəfər həlak olub

Bakı. Trend:

Gürcüstanda Kveşeti-Kobi avtomobil yolunun tikintisi zamanı dördnəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan İnfrastrukturNazirliyinin Yol Departamenti xəbər verib.

Məlumata əsasən, istinad divarının tikintisi zamanı torpaqsürüşməsi baş verib. Dağıntılar altında beş nəfər qalıb. Beşnəfərin hamısı Türkmənistan və Çin vətəndaşı olub. Hadisənəticəsində dörd nəfər həlak olub, daha bir nəfər yaralanaraqxəstəxanaya yerləşdirilib.

Hadisə yerində Gürcüstan Fövqəladə Halların İdarə EdilməsiXidmətinin əməkdaşları və Yol Nəqliyyatı Departamentininnümayəndələrinin çalışdığı bildirilib. Hadisə ilə bağlı araşdırmabaşlanılıb.

Seçilən
32
az.trend.az

1Mənbələr