AZ

Ukraynanın iki diversiya qrupu səhvən bir-biri ilə atışmaya girib

BAKI, 24 noyabr. TELEQRAF

Kupyansk istiqamətində Ukrayna ordusunun iki diversiya qrupu səhvən bir-biri ilə atışmaya girib.

Teleqraf xəbər verir ki, bu barədə TASS Rusiya güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, diversiya qruplarının tapşırığı şəhərin müəyyən hissəsində Rusiya qüvvələrini məhv etmək, müdafiə xəttini yarma üçün şərait yaratmaq olub.

Məlumata görə, hadisə nəticəsində Ukrayna ordusu beş hərbçi itirib, üç nəfər isə yaralanıb.

Seçilən
44
teleqraf.com

1Mənbələr