Bakı. Trend:
Böyük Britaniyanın keçmiş Baş naziri Devid Kameron prostatxərçəngindən müalicə aldığını açıqlayıb.
Trend-in məlumatına görə, 2010-cu ildən 2016-cı ilə qədərhökumətə rəhbərlik etmiş siyasətçi bu barədə "The Times" qəzetinəverdiyi müsahibədə danışıb.
D.Kameron problemin erkən aşkarlanmasının müalicə şansını necəartırdığı barədə radioda bir xəbəri eşitdikdən sonra 2024-cü ildəprostat xəstəliyinin erkən aşkarlanması üçün skrininq testi etməkqərarına gəldiyini bildirib. Mühafizəkarlar Partiyasının keçmişlideri tərəfindən aparılan təhlillər və əlavə testlər bunun xərçəngolduğunu təsdiqləyib.
Bundan sonra 2025-ci ilin iyun ayında siyasətçi xərçənghüceyrələrini məhv etmək üçün iynələr vasitəsilə elektrikimpulslarının ötürülməsini əhatə edən "fokus" terapiyasından keçdi.Müalicə uğurlu oldu.