BAKI, 24 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu növbəti dəfə baxımlı qola imza atıb.
Teleqraf xəbər verir ki, 40 yaşlı portuqaliyalı hücumçu ölkə çempionatının IX turunun "Əl-Xəlic"lə matçının 90+6-cı dəqiqəsində akrobatik zərbə ilə topu qapıya göndərib.
Görüş "Əl-Nəsr"in 4:1 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm ərzində Səudiyyə Ərəbistanı Pro Liqasında iştirak etdiyi 9 oyunda 10 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Əl-Nəsr" hazırda 27 xalla turnir cədvəlinin vahid lideridir.