AZ

“İmişli”dən “Neftçi” üzərində inamlı qələbə

style='margin-bottom:10px;'>

Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk görüşü Masazırda olub. Burada "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Komandaların ilk dövrədə Şamaxıda keçirilən oyununda isə "Sabah" 2:1 hesabı ilə qalib gəlmişdi. 

Digər görüşdə "Neftçi" "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. İlk dövrədə keçirilən "İmişli" - "Neftçi" matçında isə qapılara qol vurulmayıb - 0:0.

23 noyabr (bazar)

17:30. “Neftçi” – “İmişli” - 2:3

Qol: Vensan Abubakar, 11-pen. (1:0); Ezekiel Morqan,13 (1:1), Emin Mahmudov, 60 (2:1), Dioqo Rollo, 64 (2:2), Edvin Banquera, 85 (2:3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

“Palms Sports Arena”

15:00. “Sabah” – “Şamaxı” - 0:0

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov

VAR: Əli Əliyev

AVAR: Teymur Teymurov

“Bank Respublika Arena”

21 noyabr 

“Karvan-Yevlax” - “Kəpəz” - 1:2

“Sumqayıt” - “Qarabağ” - 2:4

22 noyabr

"Zirə” - “Qəbələ” - 1:0

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Toral Bayramov ("Qarabağ") - 5 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Seçilən
27
12
teleqraf.com

10Mənbələr