AZ

Dəməşqdə 10-cu Beynəlxalq Dini Araşdırmalar və Humanitar Simpozium təşkil olunub

Bakı, 23 noyabr, AZƏRTAC

Suriyanın paytaxtında Dəməşq Universitetinin təşkil etdiyi 10-cu Beynəlxalq Din Araşdırmaları və Humanitar Simpozium Livan, Pakistan və Türkiyədən çox sayda alim və vəqf rəsmisinin iştirakı ilə 14 illik fasilədən sonra yenidən işə başlayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, simpoziumda Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Köroğlu, Suriyanın ali təhsil və elmi araşdırmalar naziri Mervan əl-Hələbi, Suriyanın maliyyə naziri Məhəmməd Yusr Berniyye və digər rəsmi şəxslər iştirak ediblər.

Simpoziumda “Danışıq çətinlikləri və mübarizə: Alimlərin münasibəti”, “Bilədəş-Şamda İslam irsi və İslam şəxsiyyətinin formalaşmasında onun rolu”, “Şamın dünya sivilizasiyası tarixindəki yeri”, “İslam sistemi ilə dəyərlərin birgə yaşama təcrübəsi” mövzuları müzakirə olunub.

Simpozium noyabrın 24-dək davam edəcək.

Seçilən
25
2
azertag.az

3Mənbələr