AZ

Siz lap Yezidsiz ki...

Premyer Liqanın 12-ci turunun "Sabah" - "Şamaxı" görüşündən öncə ( 0:0) azarkeşləri narazı salan hadisə yaşanıb.

Səbəb arenaya üz tutana tamaşaçılara tətbiq edilən qadağa olub.

Bu xüsusda azyaşlı övladını oyuna gətirən ananın başına gələn hadisəni olduğu kimi sizə nəqil edəcəyəm.

Haqqında bəhs etdiyim valideyn övladına su, çubuq, çipsi alıb, sevincək giriş qapısına yaxınlaşdı. Və ilk maneə - Su ilə içəri keçmək olmaz!

Ardınca ana və könüllü arasındakı dialoqu olduğu kimi təqdim edirəm

- Qapağını açsam apara bilərəm?

- İcazə verilmir. Ya burada için, ya da giriş qapısına qoyun çıxanda götürərsiniz.

- Cibsi və çubuğu da özümlə apara bilmərəm?

- Xeyir, onlar da buraxılmayacaq.

- 90 dəqiqə içəridə susuz, yeməksiz bu uşaq necə qalsın?

- Bilmirəm.

- Siz lap yezidsiz ki.

Şərhi sizə buraxırıq...

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
84
sportinfo.az

1Mənbələr