AZ

Yaponiya Tayvana yaxın adada zenit raketləri yerləşdirir

BAKI, 23 noyabr. TELEQRAF

Yaponiya hökuməti Tayvandan cəmi 110 km məsafədə yerləşən Yonaquni adasında özünümüdafiə qüvvələrinin qarnizonunda orta mənzilli zenit raketlərinin yerləşdirilməsi planlarını davam etdirir.

Teleqraf xəbər verir ki, bunu adadakı hərbi obyektə səfəri zamanı ölkənin müdafiə naziri Şindziro Koidzumi jurnalistlərə açıqlmasındabildirib.

Nazir qeyd edib ki, bu addımın bölgədə gərginliyi artıracağı barədə iddialar əsassızdır. Lakin o, Tayvan ətrafında hərbi böhran yaranacağı halda Yaponiyanın necə davranacağı barədə əlavə sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, Yonaqunidə özünümüdafiə qüvvələrinin qarnizonu 2016-cı ildə yaradılıb və burada “Tip-03” orta mənzilli zenit raketlərinin yerləşdirilməsi planlaşdırılır.

Seçilən
40
teleqraf.com

1Mənbələr