AZ

Zaxarovadan Bakı ilə bağlı ilginc çağırış: “Zəruridir” dedi, tarix istədi – VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Cənubi Qafqazla bağlı son açıqlaması birmənalı qarşılanmayıb. Zaxarova Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmaların aktuallığını itirmədiyini, sülh prosesi üçün Moskvanın vasitçiliyinin zəruri olduğunu bildirib.

Bu bəyanat Kremlin Cənubi Qafqazdakı mövcud proseslərə yenidən nəzarət etmək cəhdinin açıq siqnalı kimi qiymətləndirilir. Regiondan sürətlə sıxışdırılan və təsir alətləri zəifləyən Moskva, indi üçtərəfli razılaşmalara istinad edərək prosesləri öz orbitinə qaytarmağa çalışır.

Zaxarovanın bəyanatının real təsir gücü nə qədərdir? Moskva regionda dəyişməkdə olan geosiyasi mənzərəni çevirməyə qadir olub-olmadığını göstərə biləcəkmi?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Rusiyanın Cənubi Qafqazda nüfuzunu artırmaq cəhdləri artıq dərhal hiss olunur:

“Ukrayna cəbhəsində baş verən dəyişikliklər bu nəticəni gözlənilən etmişdi. Məlum olduğu kimi, Rusiyanın Ukraynadakı uğursuzluqları Cənubi Qafqazda güc balansına təsir göstərir. Bundan isə Avropa İttifaqı (Aİ) və ABŞ istifadə edirdi. Moskva artıq regionda yaranmış yeni reallıq fonunda geri dönüş etməyə çalışır. Ən güclü alət kimi isə “3+3” formatını nəzərdən keçirir. Əslində, bu, təsadüfi deyil. Kreml görür ki, tək başına regionda geri dönüş etməyi bacarmayacaq, buna görə də digər maraqlı qüvvələri – İran və Türkiyəni – bu formata qataraq təsir imkanını artırmağa çalışır.

Zaxarovadan
Əziz Əlibəyli

Seçilən
15
5
turkustan.az

6Mənbələr