İngiltərə Premyer Liqasının 12-ci turunda “Çelsi” səfərdə “Börnli”ni 2:0 hesabı ilə məğlub edib.
90deqiqe.Az-ın "OptaJoe"yə istinadən məlumatına görə, “Çelsi” Premyer Liqa tarixində 50 matçı ardıcıl olaraq start heyətində 30 yaşdan yuxarı oyunçu olmadan keçirən ikinci komanda oldu.
Bundan əvvəl belə rekord “Aston Villa”da sentyabr 2012 – yanvar 2014-cü illərdə qeydə alınmışdı. "Villa"nın rekord göstəricisi 59 matçdır.
12 turdan sonra “Çelsi” 23 xalla ikinci pillədə qərarlaşıb və liderdən üç xal geri qalır. Növbəti turda Enzo Mareska komandası “Arsenal”ı qəbul edəcək.