AZ

Türkiyə və Fransa liderləri Ukrayna və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ankara, 23 noyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 Zirvə görüşü çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslərin inkişafı da müzakirə olunub.

Türkiyə Prezidenti Ankara ilə Paris arasında əlaqələrin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.

Ukrayna ilə Rusiya arasındakı müharibəyə gəldikdə, Rəcəb Tayyib Ərdoğan ədalətli və davamlı sülhə nail olmaq üçün bütün diplomatik imkanlardan istifadənin vacibliyini qeyd edib.

O, Ankaranın sülhə yönəlmiş danışıqların təşkili üçün səylərini davam etdirəcəyinə əminliyini bildirib.

Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə lideri Qəzza zolağında atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
6
azertag.az

8Mənbələr