AZ

Tramp qərarını dəyişə bilər Sülh sənədi ilə bağlı yeni detallar

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Ukraynaya dair sülh planında ordu sayına qoyulan limiti ləğv edə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton post” nəşri məlumat yayıb.

Tramp administrasiyası etiraf edib ki, Ukraynaya dair sülh planında nəzərdə tutulan təhlükəsizlik zəmanətləri hələ kifayət qədər möhkəm deyil və sənəd danışıqlar üçün açıq olaraq qalır:

“Trampın təklif etdiyi sülh planında dəyişikliklər mümkündür. Bunların arasında Ukrayna ordusunun sayının 600 min nəfərlə məhdudlaşdırılması məsələsinin yenidən nəzərdən keçirilməsi də var.

Bundan əlavə, müharibə bitdikdən sonra Ukraynanın çəkindirmə qabiliyyətini artırmaq üçün sülh sazişi imzalandıqdan sonra ölkəyə “Tomahavk” raketlərinin verilməsi imkanı da müzakirə edilir”,-  nəşr yazıb.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
globalinfo.az

1Mənbələr