AZ

Malayziya mediası Bakıda keçirilən D 8 Media Forumundan yazır

ain.az bildirir, Azertag portalına istinadən.

Pekin, 23 noyabr, AZƏRTAC

Malayziya mediası, xüsusən də ölkənin rəsmi xəbər agentliyi Bernama Bakıda keçirilən D-8 Media Forumunu diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, Malayziya mediası forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektləri rəhbərlərinin, o cümlədən Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin iştirak etdiyini yazır. Qeyd olunub ki, forum jurnalistlərə və media rəhbərlərinə fikir mübadiləsi aparmaq, uğur hekayələrini bölüşmək, birgə layihələri və əməkdaşlığı müzakirə etmək üçün platforma təqdim edir.

Materiallarda Bernama xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev ilə görüşünə, agentliklər arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikirlərə də yer verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
6
azertag.az

7Mənbələr