AZ

Ukrayna dronları Moskvaya ÇOX YAXIN zərbə endirdi- 5 partlayış

Moskva vilayətində yerləşən Şatura İstilik Elektrik Stansiyası (Şatura GRES) Ukrayna pilotsuz uçuş aparatlarının gecə hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, stansiya ərazisində ardıcıl beşə qədər güclü partlayış eşidilib. Zərbələrdən sonra GRES-in ərazisindəki yağla doldurulmuş güc transformatorları alışaraq yanmağa başlayıb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Stansiyada zədələnmənin hansı miqyasda olduğu barədə rəsmi məlumat açıqlanmasa da, hücum regionun enerji infrastrukturuna ciddi zərbə kimi dəyərləndirilir.

Dron təhlükəsinin davam etməsi fonunda Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Moskvanın hava limanlarının işini müvəqqəti dayandırıb. Reislərin bir hissəsi gecikdirilib, bəziləri isə alternativ hava limanlarına yönləndirilib.

Şatura GRES Leninin adını daşıyan və regionun ən köhnə enerji obyektlərindən biri sayılan stansiyadır. Onun gücü 1500 MVt təşkil edir və Moskva vilayətinin enerji təchizatında mühüm rol oynayır.

Musavat.com

Seçilən
50
2
musavat.com

3Mənbələr