AZ

Bədəndə pis qoxunun 4 əsas səbəbi açıqlandı

"Bədəndə xoşagəlməz qoxu təkcə tərdən yaranmır".

Azreform.info "Vanitatis" nəşrinə istinadla xəbər verir ki, bu barədə dermatoloq Simon Skarano danışıb.

Onun sözlərinə görə, ilk səbəb insanın rasionunda kükürd tərkibli məhsulların sarımsaq, soğan, acı ədviyyatlar, həmçinin heyvani zülal və alkoqolun çox olmasıdır.

Qoxudan qurtulmaq üçün dermatoloq bu qidaların qəbulunu azaltmağı və gündəlik rasiona meyvə, tərəvəz və yaşıl çay əlavə etməyi tövsiyə edib.

Həkimin göstərdiyi digər səbəblər isə bədəndə tüklərin çox olması və sintetik geyimlərdir. Onun sözlərinə görə, belə hallarda tüklərin təmizlənməsi və təbii parçalardan hazırlanmış geyimlərə üstünlük verilməsi xoşagəlməz qoxunun azalmasına kömək edə bilər.

Bundan əlavə, bədənin kifayət qədər düzgün qurudulmaması da qoxu yarada bilər:

“Duşdan sonra dəridə qalan nəmlik xüsusilə dəri büküşlərində, qoltuqaltında və daban barmaqları arasında göbələk və bakteriyaların çoxalması üçün ideal şərait yaradır”.

O, sonda əlavə edib ki, insanlar bu problemlə çox vaxt bədənin kompleks şəkildə qulluq edilməməsi səbəbindən üzləşirlər. Onlar qoltuqaltına diqqət yetirsələr də, qasıq nahiyəsini, ayaqları və döş qəfəsini unudurlar, halbuki bu bölgələrdə çoxlu tər vəzisi yerləşir.

Həmidə İbrahimova

Seçilən
17
2
azreform.info

3Mənbələr