AZ

Bakıda faciəli şəkildə ölən ofisiantlar... - Foto - Video

Bakının Binəqədi rayonunda yerləşən “Lake” hotelində 4 ofisiantın faciəli şəkildə həlak olmasının şahidi, mühafizəçi Əliağa Həsənov hadisənin təfərrüatlarını danışıb.

Ölkə.Az xəbər verir ki, onun sözlərinə görə, ofisiantlara hündürlükdə quraşdırılmış pəncərələri təmizləmək üçün istifadə edilən təkərli nərdivanı hərəkət etdirmək tapşırılıb.

Hərəkət zamanı metal konstruksiya yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə ofisiantlar elektrik cərəyanı vuraraq yerindəcə keçiniblər.

541472

Fotoda: Cavidan Muradlı

541471Fotoda: Emil Quliyev

541470Fotoda: Eltac Əliyev

541469Fotoda: Əkbər Zeynalov

Seçilən
41
olke.az

1Mənbələr