AZ

Həbsxana xatirələrindən kitab yazdı

Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsdə keçirdiyi 20 gün barədə kitab yazıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, öz rəsmi “X” hesabında bu barədə paylaşım edib.

Sabiq Fransa lideri kitabında həbsxanadakı səs-küydən gileylənib. Bundan başqa, Sarkozi həbs həyatı ilə səhranı müqayisə edib, çünki onun fikrincə, belə yerlərdə “həyat daha da möhkəmlənir”.

Kitab “Nikola Sarkozi: Məhbusun gündəliyi” adını alıb və 10 dekabrda satışa çıxarılacaq. Kitab 216 səhifədən ibarətdir.

Seçilən
53
4
unikal.az

5Mənbələr