AZ

Müharibə veteranlarına ŞAD XƏBƏR: Bu güzəştlər tətbiq olunacaq…

“Vergi Məcəlləsinə əsasən müharibə veteranları və şəhid ailələri üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub”.

Bu barədə hüquqşünas Elşad İsayev NOCOMMENT.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

“Müharibə veteranlarının ödəməli olduqları əmlak vergisi 30 manatadək, torpaq vergisi isə 10 manatadək azaldılır. Bu güzəştlər yalnız yaşayış məqsədilə istifadə olunan əmlaka şamil edilir. Evlərin icarəyə verilməsi, kommersiya və sahibkarlıq fəaliyyəti üçün istifadə edilməsi istisnadır.

Elşad İsayev əlavə edib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə görə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının da muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

“Bu güzəştdən yararlanmaq üçün müraciət edən şəxsin valideynlərinin həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçü olması müvafiq qurumların verdiyi arayışlarla təsdiqlənməlidir”

Hüquqşünas qeyd edib ki, bu güzəştlər müvafiq sənədlər təqdim edildikdən sonra tətbiq olunur.

Seçilən
48
nocomment.az

1Mənbələr