AZ

Kiyevə vaxt qazandırmaq üçün gizli diplomatik yarış başladı

 Avropa liderləri ABŞ-ın Ukraynadan Trampın mübahisəli sülh planını qısa müddətdə qəbul etməyi tələb etməsindən sonra Kiyevə əlavə vaxt qazandırmaq üçün təcili hərəkətə keçiblər.

Musavat.com-un məlumatına görə “Bloomberg” yazır ki, Fransa və Almaniya başda olmaqla Avropa İttifaqının bütün aparıcı dövlətləri planın bir çox hissəsini Vaşinqtona açıq şəkildə qarşı çıxmadan, səssiz diplomatik koordinasiya ilə yenidən yazmağa çalışırlar.

Məlumata əsasən, Almaniya kansleri Merz dərhal Donald Tramp ilə əlaqə saxlayaraq danışıqların davam etdirilməsi və təzyiqin azaldılması zərurətini vurğulayıb. Paralel olaraq, Fransa, Almaniya və digər Aİ ölkələrinin liderləri yaxın günlərdə G-20 sammiti çərçivəsində vahid Avropa mövqeyi formalaşdırmaq üçün fövqəladə görüş keçirməyə hazırlaşırlar.

Avropanın əsas məqsədi sülh planını Kiyevin maraqlarına daha uyğun hala gətirmək, eyni zamanda ABŞ-la açıq siyasi qarşıdurmadan yayınmaqdır. "Bloomberg" bildirir ki, Avropa dövlətləri hazırda iki istiqamətdə işləyir: bir tərəfdən Vaşinqtonun tələblərini yumşaltmağa çalışır, digər tərəfdən isə Ukraynanı əlavə kompromislərə məcbur etməyən alternativ düzəlişlər hazırlayır.

Musavat.com

Seçilən
46
50
musavat.com

10Mənbələr