Nigeriyanın qərbində silahlı şəxslər katolik internat məktəbinə hücum edərək 300-dən çox şagirdi qaçırıblar.
Ölkə.az xəbər verir ki, hücum və adam oğurluğu katolik təhsil müəssisəsi olan Müqəddəs Meri məktəbində baş verib. Silahlılar 303-ü şagird və 12 müəllimi əsir götürüblər.
Hakimiyyət 47 federal kolleci bağlayıb ki, onların əksəriyyəti münaqişəli şimal ştatlarında yerləşir.
Hadisə qonşu Kebbi ştatında, Maqada silahlı şəxslərin orta məktəbə hücumundan və 25 məktəbli qızı qaçırmasından bir neçə gün sonra baş verib.
Mürtəza
