AZ

Maduro mühafizəsini gücləndirdi-ABŞ sui-qəsd planı hazırlayıb?

Venesuela Prezidenti Nikolas Maduro Karib dənizində ABŞ hərbi qüvvələrinin sayının artması xəbərləri fonunda özünün təhlükəsizlik tədbirlərini gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.

Məqalə müəllifi qeyd edib ki, Maduro son zamanlar əvvəlki dövrlə müqayisədə xeyli qısaldılmış və əvvəlcədən elan edilməmiş cədvəl üzrə ictimai çıxışlar edir.

Venesuelanın hərbi analitiki Xose Qarsiyanın "Financial Times"ə verdiyi məlumata görə, prezident həmçinin yüzlərlə insanın onun çıxışlarına qatılmasında maraqlı olduğunu göstərir. Belə olan halda, ABŞ qüvvələri əvvəlcə bir neçə nəfəri vurmadan ona hücum edə bilməyəcək. Maraqlıdır ki, bu tədbirdə ölkə rəhbərliyinin iştirakı, yüksək rütbəli məmurların qatılması təmin edilmir.

Seçilən
64
2
publika.az

3Mənbələr