Bir qrup amerikalı general gələn həftənin sonlarında ABŞ-ın Ukraynaya dair sülh planını müzakirə etmək üçün Moskvaya gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Guardian" qəzeti ABŞ-dakı mənbələrə istinadən yayıb.
Qeyd edək ki, noyabrın 20-də ABŞ ordusunun katibi Daniel Driskolun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti Kiyevdə keçirilən görüşdə Prezident Donald Trampın münaqişənin həlli planını Volodimir Zelenskiyə təqdim edib.
Musavat.com